İran İsrail ərazisinə yeni silsilə zərbələr endirib, Təl-Əviv və Hayfadakı hərbi hədəflərə raket və pilotsuz uçuş aparatları ilə hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.
"Hayfa və Təl-Əvivdəki hərbi sənaye obyektlərinə birləşmiş raket və dron hücumlarının yeni dalğası başlayıb. Hərbi infrastruktur və müdafiə sənayesi obyektlərinə raket zərbələrinin sayı artır", - məlumatda deyilir.
Həmçinin qeyd edilir ki, İran cümə axşamı İsrailin hərbi obyektlərinə zərbələr endirmək üçün 100-dən çox pilotsuz təyyarədən istifadə edib.