Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp və Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında üçtərəfli görüşün yaxın gələcəkdə mümkün olmayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. Peskov bildirib ki, bu cür təmaslar texniki razılaşmaların nəticəsi olmalıdır.
Kremlin sözçüsü xatırladıb ki, Putin dəfələrlə ən yüksək səviyyədə təmaslara hazır olması barədə danışıb, “bu təmasların artıq texniki səviyyədə, ekspertlər səviyyəsində işlənib hazırlanacaq razılaşmaların nəticəsi olması lazım olduğunu vurğulayıb”.
"Buna görə də prezident Putin təmas ideyasını dəstəkləyir, lakin o, hesab edir ki, onlar yaxşı hazırlanmalıdır", - Peskov əlavə edib.