Uranın zənginləşdirilməsindən imtina İranın nüvə sənayesini yararsız hala salacaq və İslam Respublikasını digər ölkələrdən asılı vəziyyətə salacaq.
Ucnoqta.az xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xamenei deyib.
“Uran zənginləşdirmə qabiliyyəti olmadan nüvə sənayesi faydasızdır, çünki bu halda biz nüvə stansiyalarının tikintisi üçün əlimizi uzadıb dayanmalı olacağıq. Bu, neftin olması ilə müqayisə edilə bilər, lakin onu öz ərazinizdə emal edə bilməməkdir. Sənin neftin var, amma benzini başqalarından almalısan”, - deyə bildirib.