Japarov keçmiş prezident Atambayevə amnistiya verə bilər

08:36 - 4 İyun 2025 - DÜNYA

Qırğızıstan prezidenti Sadır Japarov bildirib ki, Qırğızıstanın keçmiş lideri Almazbek Atambayev belə bir xahiş irəli sürərsə, ona amnistiya verə bilər.Ucnoqta.az xəbər verir ki, Japarov Qırğızıstanın "Kabar" dövlət agentliyinə müsahibəsində deyib.

"Heç kim məhkəmənin qərarını dəyişdirə bilməz. Hətta mənim buna hüququm da yoxdur. Mənim başqa hüququm var - amnistiya hüququm. Müvafiq müraciət etsələr, amnistiya verə bilərəm. Koy-Taş hadisələrindən 6 il keçir. Bütün bunlar artıq soyuyub. Düşünürəm ki, məhkəmə daha az sərt ola bilərdi. Təbii ki, bu, məcburi fikir deyil, mənim şəxsi vətəndaş baxışımdır. Daha yaxşı olardı ki, onlar özlərini sınaq müddəti və ya cərimə ilə məhdudlaşdırsınlar. Amma digər tərəfdən həmin hadisələrdə bir nəfər ölüb. Yüzə yaxın insan yaralanıb. Məhkəmənin qərarı nə olursa olsun - sərt və ya yumşaq - qanun çərçivəsində verilir. Biz bunu həyata keçirməyə borcluyuq” - japarov bildirib.

İyunun 3-də Qırğızıstan paytaxtının Pervomayski rayon məhkəməsi Atambayevi qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib.

O, Çuy rayonunun Koy-Taş kəndində qanunsuz torpaq sahələri əldə etməkdə, habelə Bişkek İES-in modernləşdirilməsi zamanı korrupsiyada və 2019-cu il avqustun 7-8-də Koy-Taş kəndində kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilinib.

Xəbər xətti