Sverdlovsk vilayətindən olan uşaqlar Anapaya gedən yolda qatarda özlərini pis hiss ediblər, bəziləri xəstəxanaya yerləşdirilməli olub.
Ucnoqta.az-ın məlumatına görə, “İnterfaks” bu barədə regional informasiya siyasəti departamentinə istinadən xəbər verir.
İlkin məlumata görə, uşaqlar evdən özləri ilə götürdükləri yeməkdən zəhərləniblər. Qeyd olunduğu kimi, 8 uşaq tibbi yardım üçün qatardan düşürülüb, xəstəxanaya yerləşdiriliblər.