İsrailin Qəzzada məktəbə hücumu nəticəsində ölənlərin sayı artıb

11:51 - 4 İyun 2025 - DÜNYA

İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində məktəbə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı Nasser Hospitaldakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, İsrailin pilotsuz təyyarəsinin Xan Yunis qərbində məcburi köçkünlərin qaldığı məktəbdə çadırlara endirdiyi zərbə nəticəsində uşaqlar da daxil olmaqla 18 nəfər həlak olub.
Daha əvvəl telekanal zərbələr nəticəsində azı 10 nəfərin öldüyünü bildirmişdi.

Xəbər xətti