2022-ci il fevralın 24-də Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukrayna Müdafiə Qüvvələri təxminən 992 750 rus hərbçini məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə son sutkada daha 930 nəfər zərərsizləşdirilib.
Beləliklə, iyunun 5-də səhər saatlarına Rusiya ordusunun ümumi döyüş itkiləri:
Şəxsi heyət— təxminən 992 750 (+930) nəfər;
Tanklar — 10 887 (+3);
Zirehli döyüş maşınları (BBM) — 22 680 (+2);
Artilleriya sistemləri — 28 750 (+39);
MLRS (reaktiv yaylım atəşi sistemləri) — 1406 (+4);
Hava Hücumundan Müdafiə vasitələri — 1177 (+1);
Təyyarə — 413 (dəyişiklik yoxdur);
Helikopterlər — 336 (dəyişiklik yoxdur);
Əməliyyat-taktiki səviyyəli PUA-lar — 39 019 (+95);
qanadlı raketlər — 3271 (dəyişiklik yoxdur);
Gəmilər/qayıqlar — 28 (dəyişiklik yoxdur);
Sualtı qayıqlar - 1 (dəyişiklik yoxdur);
Avtomobil avadanlığı və yük maşınları — 50 812 (+82);
Xüsusi texnika — 3907 (dəyişiklik yoxdur).