İsrail Nasser xəstəxanasına edilən hücumdan təəssüflənir

21:50 - 25 Avqust 2025 - DÜNYA

İsrail Qəzza zolağının cənubundakı Xan Yunisdə Nasser xəstəxanası ərazisinə edilən hücumdan təəssüfləndiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, Baş nazir Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. 
"İsrail bu gün Qəzza zolağında Nasser xəstəxanasında baş verən faciəli hadisədən dərin təəssüf hissi keçirir. İsrail jurnalistlərin, tibb işçilərinin və bütün mülki şəxslərin əməyini yüksək qiymətləndirir", - bildirilib.
Qeyd olunur ki, hakimiyyət orqanları hərtərəfli araşdırma aparır.

Nazirlik əlavə edib ki, “Həmas”ı məğlub etmək və girovları evlərinə qaytarmaq məqsədi ilə “müharibə HƏMAS terrorçularına qarşı aparılır”.

Əl-Cəzirə telekanalının məlumatına görə, Xan Yunisdəki Nasser xəstəxanasına hücum nəticəsində ölənlərin sayı 20-yə çatıb.Ölənlər arasında 5 jurnalist və tibb müəssisəsinin 4 əməkdaşı var.

Xəbər xətti