Çin prezidenti Si Cinpin prezident Vladimir Putinin dəvəti ilə mayın 7-dən 10-dək Rusiyada rəsmi səfərdə olacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Si Cinpin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək.
Bildirilib ki, danışıqlar zamanı hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı münasibətlərin gələcək inkişafının əsas məsələləri, o cümlədən beynəlxalq və regional gündəliyin aktual məsələləri müzakirə olunacaq. Bir sıra ikitərəfli hökumətlərarası və idarələrarası sənədlərin imzalanması planlaşdırılır.