UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu

16:29 - 2 May 2025 - İDMAN

"İnter"in müdafiəçisi Denzel Dumfris UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına layiq görülüb.

Oxu.Az xəbər verir ki, o, turnirin yarımfinal mərhələsinin "Barselona" ilə matçındakı (3:3) çıxışına görə mükafatlandırılıb.

Niderland millisinin üzvü həmin görüşdə iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Səsvermə nəticəsində Dumfris PSJ-nin futbolçusu Vitinyanı geridə qoyub.

Xəbər xətti