Rusiya və ABŞ liderləri arasında şəxsi ünsiyyət lazımdır - Dövlət Departamenti

00:02 - 2 May 2025 - DÜNYA

Ukrayna böhranının həlli məsələsində Rusiya və ABŞ liderləri arasında şəxsi ünsiyyət lazımdır.

Ucnoqta.az xəbər verir ki. bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus ABŞ prezidenti Donald Trampla Rusiya dövlətinin başçısı Vladimir Putin arasında təmasların tənqidinə cavab olaraq bildirib.

Bryus deyib ki, Tramp və Putinin təmasları "qızğın" mübahisələrdir. “Dövlət katibi Rubionun bu məsələ ilə bağlı mövqeyi prezident Trampın mövqeyinə çox yaxındır və bu, insanlarla üz-üzə, təkbətək danışmaq lazım olduğuna bağlıdır. Diplomatiya insanlar arasında razılaşmalar qurmaq, müəyyən məsələləri müzakirə etmək və ümumi dil tapmaqdan irəli gəlir”, -- Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.

“Prezident Trampın Putinlə nə danışa biləcəyi barədə spekulyasiya etmək fikrində deyiləm”, – Bryus davam edib.

Xəbər xətti