İsrail hərbçiləri Yəməndən buraxılan raketi zərərsizləşdirib

07:30 - 2 May 2025 - DÜNYA

Yəməndən İsrail istiqamətində atılan raket ölkənin hava məkanına daxil olmamışdan əvvəl ələ keçirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl İsrailin bir neçə bölgəsində sirenlər səsləndikdən sonra Yəməndən atılan raketin qarşısı alınıb. Raket İsrail ərazisinə keçməzdən əvvəl ələ keçirilib", - İDF-nin bəyanatında deyilir.

Xəbər xətti