Yeni bir araşdırma, yerimə sürətinin ürək ritminə təsir etdiyini göstərib.
Ucnoqta.az xəbər verir ki, İngiltərənin Qlazqo Universitetində aparılan bir araşdırma, yerimə sürətinin ürək ritminin pozulmasına əhəmiyyətli dərəcədə təsir etdiyini aşkara çıxarıb.
Tədqiqatçılar UK Biobank-dan toplanan məlumatlardan istifadə edərək 13 il ərzində 420.000-dən çox orta yaşlı insanın yerimə vərdişlərini təhlil ediblər. Tapıntılara görə, saatda 5-6 kilometr məsafə qət edən insanlarda ürək ritminin pozulması riskinin yüzdə 35 daha az olduğu müəyyən edilib. Saatda 6 kilometrdən çox piyada gedənlərdə bu nisbətin 43 faizə yüksəldiyi qeyd edilib.
Bundan əlavə, sürətli yeriyən şəxslərdə aritmiya riskinin yüzdə 27 azaldığı müşahidə edilib.
Tədqiqatın aparıcı müəllifi Prof.Dr. Jill Pell deyib ki, bu, yerimə sürəti ilə ürək ritminin pozulması arasında əlaqəni araşdıran ilk tədqiqatlardan biridir. Nəticələr göstərir ki, yeriş bədəndəki metabolik və iltihablı proseslərə təsir edərək ürək sağlamlığına töhfə verə bilər.
Məlumatlarda qeydə alınan ürək ritminin pozulmasına atrial fibrilasiya (düzgün olmayan ürək döyüntüsü), taxikardiya (sürətli ürək döyüntüsü) və bradikardiya (çox yavaş ürək döyüntüsü) daxildir.