Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə 121 Ukrayna PUA-nı məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, 89 PUA Krım Respublikası ərazisi, 23 PUA Qara dəniz, 4 PUA Krasnodar diyarı, 2 PUA Oryol vilayəti, 1 PUA Azov dənizi suları, 1 PUA Bryansk vilayəti və 1 PUA Belqorod vilayəti ərazisi üzərində zərərsizləşdirilib.