Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

10:29 - 20 İyun 2026 - Xəbər

 İyunun 19-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  

İN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

 ⁠Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

 ⁠Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Xəbər xətti