Mourinyo "Real Madrid"ə gəlir

12:58 - 11 May 2026 - İDMAN

Mövsümün sonunda Joze Mourinyo "Real Madrid"in baş məşqçisi vəzifəsini icra edəcək.

Ucnoqta.az xəbər evrir ki, Cope radiostansiyasının məlumatına görə, portuqaliyalı mütəxəssisin təyinatı mövsümün sonunda elan ediləcək.

Ötən həftə AS qəzeti hazırda "Benfika"nı idarə edən Mourinyo "Real Madrid"in baş məşqçisi vəzifəsinə yeganə namizəd olduğunu bildirib. "Real Madrid" rəhbərliyi komandanın soyunma otağındakı qeyri-sabit atmosferi yalnız onun sakitləşdirə biləcəyinə inanır.

"Real Madrid"i hazırda bu ilin yanvar ayında Xabi Alonsonun istefasından sonra vəzifəyə başlayan Alvaro Arbeloa idarə edir.

Mourinyo komandada 2010-cu ildən 2013-cü ilə qədər çalışıb. Portuqaliyalı mütəxəssislə birlikdə "Real Madrid" İspaniya Çempionatını (2011/12), İspaniya Kubokunu (2010/11) və İspaniya Super Kubokunu (2011/12) qazanıb.

Xəbər xətti