Konqoda silahlılar 70-ə yaxın insanı öldürüb

09:51 - 10 May 2026 - DÜNYA

Konqo Demokratik Respublikasının şimal-şərqində yaraqlılar tərəfindən ən azı 69 nəfər öldürülüb.

Ucnoqta.az xəbər verir ki, AFP bu barədə Afrika ölkəsinin təhlükəsizlik xidmətlərinə istinadən məlumat yayıb.

Agentlik qeyd edib ki, hücumlar İturi əyalətinin təcrid olunmuş kəndlərini hədəf alıb. Ölənlərin əksəriyyəti mülki şəxslər olub.

Hakimiyyət orqanları bu hücumlarda Konqo Silahlı Qüvvələrinin (CDC) Konqonun İnkişafı üzrə Kooperativ qrupundan şübhələnir.

Xəbər xətti