Gəncədə zavod ərazisində yanğın olub

21:13 - 9 May 2026 - HADİSƏ

Gəncədə yanğın hadisəsi baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən avtomobillərin utilizasiyası zavodunda qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

FHN-dən bildirilib ki, ərazidə olan təkər tullantıları və yararsız avtomobillərin hissələri yanıb. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Xəbər xətti