Hindistana neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan təxminən 40 gəmi Yaxın Şərqdəki münaqişə səbəbindən iki aydan çoxdur ki, Hörmüz boğazında qalıb.
Ucnoqta.az xəbər verir ki, Hindistanın Gəmiçilik Nazirliyinin nümayəndələri The Times of India qəzetinə bildiriblər.
Qəzetin mənbələri bildiriblər ki, ABŞ və İran arasında danışıqlar masasına tez bir zamanda qayıtmaq və Yaxın Şərq münaqişəsinə son qoymaq Hindistanın təcili ehtiyac duyduğu yüklərin Hörmüz boğazından daşınmasını bərpa etməyə imkan verəcək.