İran və ABŞ arasında toqquşmalar dayandırılıb

19:54 - 8 May 2026 - DÜNYA

İran və ABŞ arasında Fars körfəzində toqquşmalar dayandırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Hörmüz boğazı yaxınlığında İran və ABŞ qüvvələri arasında bir neçə hücum mübadiləsindən sonra toqquşmalar dayandırılıb.

Bir müddət əvvəl Fars xəbər agentliyi İran və ABŞ arasında son bir saat ərzində Hörmüz boğazı yaxınlığında bir neçə toqquşma baş verdiyini bildirmişdi.

Xəbər xətti