Manqal yandırarkən xəsarət alan gənc öldü

13:25 - 11 May 2026 - ÖLKƏ İÇİ

Şəmkirdə manqalı yandıran zaman benzin ilə ehtiyatsız davrandığından yanıq xəsarətləri alan şəxs ölüb.

Ucnoqta.az Report-a istinadən xəbər verir k, rayon sakini, 2003-cü il təvəllüdlü Fəzail Məmmədov mayın 3-ü ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, ötən gün ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti