Qəzza zolağında dağıntılar altında 8000 cəsəd qalıb

15:25 - 8 May 2026 - DÜNYA

Qəzza zolağında dağıdılmış binaların dağıntıları altında ən azı 8000 cəsəd basdırılıb və onların çıxarılması avadanlıq və maşın çatışmazlığı səbəbindən çətinləşir.

Ucnoqta.az xəbər verir ki, bu barədə BƏƏ-nin "The National" qəzeti yerli mülki müdafiənin sözçüsü Mahmud Bassala istinadən məlumat verib.

O, mövcud avadanlıqların çox köhnəldiyini və iki illik döyüşlərin yaratdığı genişmiqyaslı dağıntıların öhdəsindən gələ bilmədiyini bildirib.

Bildirilib ki, rəqəmlər daha yüksək ola bilər. Hər gün yeni adlar ortaya çıxır.

O, əlavə edib ki, mövcud vəziyyət gəmiricilərin və sahibsiz heyvanların çoxalmasına səbəb olur və xəstəliklərin yayılması riskini artırır.

Qəzet qeyd edir ki, İsrail dağıntıların təmizlənməsi üçün lazım olan avadanlıqların Qəzza zolağından keçirilməsinə icazə verməkdən imtina edir və yalnız siçovul kovucularını idxal etməyə razılaşır.

Xəbər xətti