Bu gün Azərbaycanda qısa iş günüdür.
Ucnoqta.az xəbər verir ki, bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb.
Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günüdür, əmək Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, 8 may bayramdan əvvəlki iş günü olduğu üçün iş saatları bir saat azaldılacaq.
Qeyd edək ki, 9 May - Faşizm üzərində Qələbə Günü şənbəyə təsadüf etdiyindən, bazar ertəsi – 11 may da qeyri-iş günü olacaq. Beləliklə, ardıcıl 3 gün – 9, 10, 11 may tarixləri istirahət günləridir.