Azərbaycanda talassemiyalı xəstələrin sayı açıqlandı

15:46 - 7 May 2026 - Xəbər

Azərbaycanda 3200 talassemiyalı xəstə var. 

Ucnoqta.az xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin talassemiya bölməsinin baş həkimi Səhər İsmayılova bildirib. Baş həkim bildirib ki, nikaha daxil olan 100 minə yaxın şəxsin tibbi müayinəsi aparılıb:

"Onlardan 4-6 faizində daşıyıcılıq aşkarlanıb".

Səhər İsmayılova qeyd edib ki, 2024 - cü ildə 32 sümük iliyi transplantasiyası əməliyyatl olunub:

"2025-ci ildə isə 36 əməliyyat keçirilib. Qarşıdakı illərdə bu əməliyyatların sayını 50-yə çatdırmaq planlaşdırılır. Həmçinin 95 xəstə əməliyyat üçün Türkiyəyə göndərilib. 

Xəbər xətti