İran Futbol Federasiyasının rəhbəri İnfantino ilə təhlükəsizliyi müzakirə edəcək

15:14 - 7 May 2026 - DÜNYA

İran Futbol Federasiyasının prezidenti Mehdi Tac ABŞ-da keçiriləcək Dünya Kubokunda İran milli komandasının təhlükəsizliyini müzakirə etmək üçün FIFA prezidenti Canni İnfantino ilə görüşəcək.

Ucnoqta.az xəbər verir ki, Tac IRIB televiziyasına bildirib.

"Biz FIFA-ya gözləntilərimiz barədə məlumat verəcəyik. Əgər onlar onları qarşılaya bilsələr, biz mütləq iştirak edəcəyik. Lakin bu məsələlərin həll olunacağına dair heç bir zəmanət yoxdursa, onda heç kimin bizi və ya sistemimizin təməllərini təhqir etməyə haqqı yoxdur. Əgər onlar hörmətsizlik göstərməyə davam etsələr, fərqli bir qərar verə bilərik", - Tac bildirib.

Xəbər xətti