Xaçmazda dəmiryolu polisi 2 nəfərdə narkotik aşkarlayıb.
DIN-in mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş şəxslər - 59 yaşlı S.Siracov və 37 yaşlı A.Həsənov saxlanılıb.
Həmin şəxslərdən ümumilikdə 1 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.