İtkin düşən 49 yaşlı şəxsin meyiti zirzəmidə tapıldı

16:51 - 8 May 2026 - HADİSƏ

Bakıda zirzəmidən meyit tapılıb.

Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Aprlein 27-də itkin düşən 49 yaşlı Asəf Şahlar oğlu Şirinovun meyiti mayın 7-də yaşadığı evin zirzəmisində aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun hansı səbəbdən öldüyü bilinmir.

Araşdırma aparılır.

Xəbər xətti