Almaniya diplomatik missiyasının rəhbəri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Ucnoqta.az xəbər verir ki, bu abrədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
XİN-in məlumatına görə, Rusiya Almaniyanın hərəkətlərini Almaniyadakı Rusiya diplomatik missiyasını nüfuzdan salmağa yönəlmiş təxribat kimi qiymətləndirir.
Almaniyadakı Rusiya səfirliyinin əməkdaşının persona non qrata elan edilməsi ilə əlaqədar Moskvadakı Almaniya diplomatik missiyasının rəhbərinə sərt etiraz bildirilib.