Ucnoqta.az
www.ucnoqta.az

Almaniya səfiri Rusiya XİN-ə çağırıldı

13:39 - 5 Fevral 2026 tarixində dərc olunub.

Almaniya diplomatik missiyasının rəhbəri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Ucnoqta.az xəbər verir ki, bu abrədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
XİN-in məlumatına görə, Rusiya Almaniyanın hərəkətlərini Almaniyadakı Rusiya diplomatik missiyasını nüfuzdan salmağa yönəlmiş  təxribat kimi qiymətləndirir.
Almaniyadakı Rusiya səfirliyinin əməkdaşının persona non qrata elan edilməsi ilə əlaqədar Moskvadakı Almaniya diplomatik missiyasının rəhbərinə sərt etiraz bildirilib.

Müəllif: Ucnoqta.az redaksiyası