10-cu sinif şagirdi pəncərədən yıxıldı

15:39 - 4 Fevral 2026 - Xəbər

Bakıda yerləşən 163 nömrəli məktəbin 10-cu sinif şagirdi ehtiyatsızlıq nəticəsində pəncərədən yıxılıb.

Ucnoqta.az xəbər verir ki, şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

Onun valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. ///qafqazinfo

Xəbər xətti