Keçmiş FİFA prezidenti ABŞ-da keçiriləcək Dünya Kubokunu boykota çağırdı

13:01 - 27 Yanvar 2026 - İDMAN

Blatter azarkeşləri ABŞ-da keçiriləcək Dünya Kubokunu boykot etməyə çağırdı

Ucnoqta.az xəbər verir ki, RMC Sport-un məlumatına görə, keçmiş FİFA prezidenti Sepp Blatter futbol azarkeşlərni Dünya Kuboku üçün ABŞ-a səyahət etməkdən çəkinməyə çağırıb.

"Azarkeşlərə yalnız bir məsləhət var: ABŞ-dan çəkinin! Turniri televiziyada izləmək daha yaxşıdır. Gəldikdən sonra azarkeşlər hakimiyyət orqanları ilə düzgün davranmasalar, dərhal evlərinə göndəriləcəklər. Əgər şanslıdırlarsa"  - Blatter deyib.

2026-cı il Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.

Xəbər xətti