Yaponiyanın Qunma prefekturasının Takasaki şəhərindəki ibtidai məktəbdə yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo Xəbər Agentliyi məlumat verib.
Təcili yardım xidmətlərinin məlumatına görə, ən azı altı şagird yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, təxminən 250 şagird və 35 müəllim təxliyə edilib. Məlumata görə, yanğın məktəbin yeməkxanasında baş verib və hazırda vəziyyət araşdırılır.