Adambaşına düşən sığorta məbləği artıb

11:17 - 27 Yanvar 2026 - İQTİSADİYYAT

Ötən il bir nəfərə düşən sığorta məbləği 262 azn olub. 2024-cü ildə isə bu rəqəm 195 azn idi.

Ucnoqta.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflər üzrə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, göstərilən xidmətlərin dəyəri 306 milyon manatdan çox olub:

"Ötən il İTS haqqı ödənilən əhali sayı 2 milyon 263 min 437 nəfər olub. İşəgötürən, işçi və fiziki şəxslər tərəfindən ödənilən sığorta haqqları isə 705 173 092 manat olub".

Zaur Əliyev vurğulayıb ki, ən çox ginekoloji müayinələr, radioloji müayinələr və ümumi həkim müayinəsi üstünlük təşkil edib.

Xəbər xətti