Məhkəmə sədrinin oğlu arvadını bıçaqlayıb özünü binadan atdı

22:20 - 26 Yanvar 2026 - HADİSƏ

Bakıda dəhşətli ailə faciəsi yaşanıb.

Ucnoqta.az "Teleqraf"a istinadən xəbər verir ki, orta yaşlı kişi ailə münaqişəsi zəminində həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib, daha sonra özünü binadan atıb.

Əldə etdiyimiz məlumata görə, hadisəni törədən Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğludur.

Hadisə nəticəsində ər və arvadın öldüyü bildirilir. Hadisə Xətai rayonu ərazisində qeydə alınıb.

Xəbər xətti