Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsinin növbəti iclası keçirilib.
Ucnoqta.az xəbər verir ki, səsvermənin nəticələrinə əsasən Könül Fəxrəddin qızı Məmmədova Neftçala Rayon Komitəsinin sədri seçilib.
Könül Məmmədova Azərbaycan Dillər Universitetində “Amerikaşünaslıq” ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Hazırda Qərbi Kaspi Universitetində doktorantura təhsili alır.
2008–2010-cu illərdə “Xəzər Şirkəti” MMC-də kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb. 2018-ci ildən Neftçala rayon Heydər Əliyev Mərkəzində elmi işçi kimi fəaliyyətə başlayıb, daha sonra Mərkəzin direktoru vəzifəsində çalışıb.
2025-ci ildən etibarən isə Neftçala Rayon Komitəsində mütəxəssis kimi fəaliyyət göstərir.
Ailəlidir, 3 övladı var.