ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinin vəzifədə olduğu müddətdə Tayvana qarşı hərbi əməliyyat başlatmayacağına əminliyini bildirib.
Ucnoqta.az xəbər verir ki, o, bunu "The New York Times" qəzetinə verdiyi müsahibədə bildirib.
Qəzetin Pekinin Tayvanı "separatçı təhdid" kimi görməsi ilə bağlı iddialarına münasibət bildirən Tramp deyib:
"Nə etmək istədiyi onun işidir. Amma bilirsiniz, mən ona bunu etsəydi, çox narazı olacağımı açıq şəkildə bildirmişəm və düşünmürəm ki, o, bu addımı atacaq. Ümid edirəm ki, atmayacaq."
"Başqa bir prezidentimiz olanda o, bunu edə bilər, amma düşünmürəm ki, mən prezident olduğum müddətdə bunu edəcək", - Tramp deyib.