Yəmənin Prezident İdarəetmə Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi müdafiə naziri Muhsen Məhəmməd əl-Daeri vəzifəsindən azad edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yəmənin SABA xəbər agentliyi məlumat yayıb.
Həmçinin Yəmən Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan əl-Əliminin imzaladığı fərmana əsasən, əl-Daeri təkcə müdafiə naziri vəzifəsindən azad edilməyib, həm də hərbi xidmətdən təqaüdə çıxıb.