Trampla telefon danışığından sonra yaquar və qartalın şəklini paylaşdı - FOTO

15:34 - 8 Yanvar 2026 - Xəbər

Kolumbiya prezidenti Trampla telefon danışığından sonra yaquar və qartalın şəklini paylaşdı.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra Kolumbiya prezidenti Qustavo Petro sosial media hesabında Kolumbiya və ABŞ-nin milli simvolları olan yaquar və qartalın birgə şəklini paylaşdı.

"Prezident Tramp və mən ABŞ-ın Latın Amerikası ilə münasibətləri ilə bağlı fərqli fikirlərimizi müzakirə etdik" - o, qeyd edib.

Xəbər xətti