ABŞ prezidenti Donald Tramp ABŞ-ın artıq Rusiya bayrağı altında üzən "Mariner" tankerindən neft boşaltdığını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Tramp Fox News-a verdiyi müsahibədə bildirib.
O, tankerin ələ keçirilməsindən sonra Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb-aparmadığı ilə bağlı suala cavab verməyib.
Tankerin ələ keçirilməsi qərarının çətin olduğu barədə müxbirin şərhinə cavab olaraq Tramp "Mən bunun çətin bir qərar olduğunu düşünmürəm" cavabını verib.