Sumqayıtda zavodda partlayış - Xəsarət alan var

09:49 - 9 Yanvar 2026 - Xəbər

Sumqayıt şəhərində zavodda partlayış baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Sumqayıt sakini, 1994-cü il təvəllüdlü Elməddin Səxavət oğlu Qurbanov operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti