Aysun muğam dərslərinə başladı - FOTO

17:49 - 8 Yanvar 2026 - MAQAZİN

Müğənni Aysun İsmayılova muğam dərsləri alır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Xalq artisti Gülyanaq Məmmədova bildirib.

Sənətçi A.İsmayılovanın bu addımını yüksək qiymətləndirib:

"Mən çox şadam ki, gənclərimiz muğamların sirrini öyrənirlər, dərinliyinə varmağa çalışırlar. Bu gün də Aysun qızıma və müraciət edən muğamı sevən gənclərimizə sevə-sevə aşılıyırıq",- deyə o yazıb.


Xəbər xətti