ABŞ narkotik kartellərinə qarşı quruda əməliyyata başlayır

08:04 - 9 Yanvar 2026 - DÜNYA

ABŞ Latın Amerikası narkotik kartellərinə qarşı quru əməliyyatlarına başlamağı planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

"Biz dəniz yolu ilə narkotik qaçaqmalçılığının 97%-ni dayandırdıq və indi quruda kartelləri hədəf almağa başlayacağıq", - deyə o, Fox News-a verdiyi müsahibədə bildirib.

Amerika lideri hansı ölkələrin hədəf alına biləcəyini dəqiqləşdirməyib.

Xəbər xətti