Azərbaycanda böyrəyini qanunsuz olaraq satmaq istəyən şəxs cərimələnib.
Ucnoqta.az xəbər verir ki, Etibar Şahbazov (ad-soyad şərtidir) böyrəyini 10 min manata satmaq üçün adı gizli saxlınılan şəxslə anlaşıb.
Lakin son anda razılaşma pozulub və E.Şahbazovun böyrəyini satmaq planı ifşa olunub.
Fakt üzrə cinayət işi açılıb. İşə Xətai Rayon Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxs məhkəmədə böyrəyini pul qarşılığında satmaq istəyidiyini etiraf edib.
Məhkəmənin hökmü ilə Etibar Şahbazov 6000 manat cərimələnib.
Qeyd edək ki, Azərbaycanda bir insandan digərinə orqan transplantasiyası həyata keçirilir. Amma bu qanuni formada olmalıdır.
Cinayət Məcəlləsinin 137.1-ci maddəsinə əsasən, insan orqanları və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı cinayət məsuliyyətinə səbəb olur. Böyrək transplantasiyası ilə bağlı etik komissiya var. Onlar şəxsin böyrəyini könüllü yoxsa maddi maraqla təklif etdiyini araşdırır. Komissiyanın rəyi olmadan orqanın transplantasiyasına icazə verilmir.///yenisabah