Yohannesburqda keçirilən görüşdən sonra AB, Kanada və Yaponiya liderləri ABŞ-ın Ukrayna planının təkmilləşdirilməsini tələb edir və Ukrayna Silahlı Qüvvələrinin azaldılmasından narahatdırlar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyası tərəfindən AB institutlarının, səkkiz AB üzv dövlətinin, Norveç, Yaponiya və Kanadanın liderləri tərəfindən dərc edilmiş birgə bəyanatda bildirilib.
"Bu layihə əlavə iş tələb edəcək bir çərçivədir. Biz Ukraynanı həssas vəziyyətə salacaq təklif olunan Ukrayna silahlı qüvvələrinin azaldılmasından narahatıq" - bəyanatda deyilir.