Ronaldonun bioloji yaşı 28-dir - Woop

00:11 - 25 Noyabr 2025 - MARAQLI

40 yaşlı Portuqaliya və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldonun bioloji yaşı 28-dir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Amerikanın "Woop" şirkətinin sosial media hesabında məlumat verilib.

Biomarkerlər göstərir ki, Ronaldo səmərəli oksigen çatdırılması və metabolik dəqiqliyi ilə seçilir.

"Məlumatlar yalan demirr", Ronaldo sosial mediada yazıb.

"Woop" testlərində istifadəçinin sağlamlığı haqqında tam təsəvvür yaratmaq üçün qan testinin nəticələrini geyilə bilən cihazlardan gələn davamlı məlumatlarla birləşdirən bir funksiyadan istifadə edir.

Xəbər xətti