Kaliforniya ştatının Los-Anceles Limanında konteyner gəmisi alovlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Los-Anceles meri Karen Bass Facebook səhifəsində yazıb.
Mer bildirib ki, təcili yardım xidmətləri hadisə yerindədir, 100-dən çox yanğınsöndürən alovla mübarizə aparır və Liman İdarəsi polisi heyət üzvlərinin təhlükəsizliyinə kömək edir.
Şəhər yanğınsöndürmə idarəsinin məlumatına görə, yanğından sonra gəminin göyərtəsində partlayış aşkar edilib və elektrik kəsilib. Bütün heyət üzvləri gəmidən təxliyə edilib.