Malayziyada çimərlikdə iki yaşlı rusiyalı oğlanı meduza sancdıqdan sonra ağırlaşmalardan ölüb.
Ucnoqta.az The Star-a istinadla xəbər verir ki, həkimlər onun həyatını xilas etmək üçün beş gün mübarizə aparıblar, .
İki yaşlı oğlan 19 noyabrda vəfat edib.
Cütlük kremasiyadan sonra uşağın külünü Rusiyaya qaytarmağı planlaşdırır.
Meduza oğlanı 15 noyabrda sancıb. Hadisə Malayziyanın Lanqkavi şəhərindəki Cenanq çimərliyində baş verib.