Ucnoqta.az
www.ucnoqta.az

İki yaşlı uşaq meduza sancmasından öldü

12:12 - 20 Noyabr 2025 tarixində dərc olunub.

Malayziyada çimərlikdə iki yaşlı rusiyalı oğlanı meduza sancdıqdan sonra ağırlaşmalardan ölüb.

Ucnoqta.az The Star-a istinadla xəbər verir ki, həkimlər onun həyatını xilas etmək üçün beş gün mübarizə aparıblar, .
İki yaşlı oğlan 19 noyabrda vəfat edib. 

Cütlük kremasiyadan sonra uşağın külünü Rusiyaya qaytarmağı planlaşdırır.

Meduza oğlanı 15 noyabrda sancıb. Hadisə Malayziyanın Lanqkavi şəhərindəki Cenanq çimərliyində baş verib. 

Müəllif: Ucnoqta.az redaksiyası