İran hələ ABŞ və İsrailin ölkənin enerji infrastrukturuna hücumlarına qarşı qisas zərbələrini başa çatdırmayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü bildirib.
"Düşmənə xəbərdarlıq edirik ki, siz İran İslam Respublikasının enerji infrastrukturuna hücum etməklə ciddi səhvə yol vermisiniz və cavab tədbirləri artıq başlayıb və hələ başa çatmayıb" - sözçü deyib.
İran Silahlı Qüvvələri həmçinin xəbərdarlıq edib ki, bu cür zərbələr təkrarlanarsa, cavab hazırkı hücumlardan daha sərt olacaq.