İsrail Hərbi Hava Qüvvələri Xəzər dənizində İran Hərbi Dəniz Qüvvələrinə hücum edib.
Ucnoqta.az xəbər verir ki, İsrail Televiziyasının 12-ci Kanalına məlumatına görə, zərbə İranın Xəzər dənizindəki ən böyük limanı olan Bəndər Ənzəlidəki İran Hərbi Dəniz Qüvvələrinin bazasına endirilib.
Kanal qeyd edir ki, bu, İsrailin Xəzər dənizində İran Hərbi Dəniz Qüvvələrinə qarşı ilk hücumudur.